03 June 2025

Kembricdə İsrail etirazı!

Kembric tələbələri etiraz aksiyası keçirərək İsraillə əlaqələrin kəsilməsini tələb ediblər.

İngiltərənin Kembric Universitetində tələbələri İsrailə dəstək verən və silah satan şirkətlərlə investisiya əlaqələrinə son qoymasını tələb etmək üçün çadırlar quraraq etiraz aksiyasına başladığı açıqlanıb.

İsrailin 3 hərbçisi Qəzzada öldürüldü

Qəzza sektorundakı toqquşmalar zamanı daha 3 İsrail hərbçisi öldürülüb.

İsrail tərəfi öz itkiləri ilə bağlı məlumat yayıb.

Qeyd edilib ki, 20 yaşlı serjant Lior Şteynberq, 20 yaşlı serjant Ofek Barxana və 22 yaşlı serjant Omer Van Gelder Qəzzanın şimalında ölüb.

Onlar “Givati” briqadasının üzvləri olublar.

Həmçinin 2 İsrail əsgəri də yaralanıb.

ABŞ-a zərbə ardınca zərbə...Truman ağır qiymət ödədikdən sonra geri döndü

Qırmızı dənizdəki “missiyadan” sonra bazaya əhəmiyyətli ziyanla qayıdan USS komandiri Harry S. Truman, təcrübədən “dərslər alındığını” söylədi.

Amerika hərbi xəbər saytı Stars and Stripes-in verdiyi məlumata görə, USS Truman "ağırlı döyüş missiyasından" sonra vətənə qayıdıb.

Kətaib Hizbullah ABŞ-ı "İraqdan çəkilməyə" çağırıb

Kətaib Hizbullahın təhlükəsizlik rəhbəri Əbu Əli əl-Əskəri ABŞ qüvvələrinin İraqdan çıxarılmasını gözlədiklərini və prosesi yaxından izlədiklərini bildirib.

İraqdakı müqavimət qruplarından biri olan “Kətaib Hizbullah”ın təhlükəsizlik rəhbəri Əbu Əli əl-Əskəri bazar ertəsi axşam verdiyi açıqlamada ABŞ-ın işğalçı qüvvələrinin İraqdan çıxarılmasını gözlədiklərini və prosesi yaxından izlədiklərini bildirib.

“Toplum TV işi” üzrə həbsdə olan Əli Zeynal Ədliyyə nazirinə açıq məktub yazıb

“Toplum TV işi” üzrə saxlanılan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal Ədliyyə naziri Fərid Əhmədova açıq məktubla müraciət edib.

Məktubu "Toplum TV" dərc edib.

Siyasi məhbus kimi tanınan Əli Zeynal paylaşılan məktubunda bir zamanlar rektoru olmuş Fərid Əhmədova Bakı İstintaq Təcridxanasındakı şərait və müəssisə rəhbərliyinin fəaliyyəti ilə bağlı iradlarını çatdırıb.

Azərbaycan taekvondoçularının iştirakı ilə açıq dairəvi döyüş məşqləri keçirilib

Azərbaycanın böyüklərdən ibarət kişi və qadın taekvondoçularının iştirakı ilə açıq dairəvi döyüş məşqləri keçirilib.

Azərbaycan Taekvondo Federasiyasının (ATF) məşq zalında, yığmanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında keçirilən məşqlərə 2009-cu il təvəllüdlü və ondan yuxarı yaş qruplarına aid klub təmsilçiləri də qatılıblar.

Türkiyə yaxınlığında güclü zəlzələ - Ölən və yaralanan var

Egey dənizində, Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət Türkiyənin İzmir, Muğla, Denizli, Manisa və Aydın vilayətlərində insanlar arasında panikaya səbəb olub.

Ölkənin daxili işlər naziri Ali Yerlikayanın məlumatına görə, hadisə nəticəsində 14 yaşlı qız həyatını itirib, 69 nəfər isə yaralanıb.

Ötən gecə İmam Baqirin (ə) şəhadət gecəsi Fatimeyi Məsumənin (s.ə) hərəmində qeyd edilib

Ötən gecə Şiə dünyası 5-ci imam Muhəmməd Baqirin (ə) şəhadətini qeyd edib. Bu münasibətlə dünyanın müxtəlif məntəqələrində əza məclisləri qurulub. Onlardan biri İranın Qum şəhərində təşkil olunub.

Xanım Məsumənin (s.ə.) hərəmində təşkil edilən şəhadət gecəsi üçün yas mərasimi, Ayətullah Kazım Sadiqinin nitqi və Neriman Pənahi və Seyyid Əli Hüseyn Nejadın oxuduğu mərsiyələr oxunmaqla keçirilirib. Mərasimə çox saylı aşiqlər qatılıb.

ABŞ Suriyadakı iki hərbi postundan geri çəkilib

ABŞ ordusu Suriyanın şimal-şərqində Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarəti altında olan iki hərbi postundan geri çəkilib.

Ərəb KİV-lərinin məlumatına görə, ABŞ ordusu Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan Suriyanın şimal-şərqindəki iki hərbi postundan geri çəkilib.

Suriya İnsan Haqları Müşahidə Qrupu verdiyi açıqlamada, "18 Mayda başlayan mərhələli geri çəkilmə prosesi son iki gündə intensivləşir" dedi.

Suriyada Colani hakimiyyətini təkfir edən “Ənsar əs Sünnə” qruplaşması haqda araşdırma

Suriyada yaranan yeni terror qruplaşması“Ənsar əs-Sünnə” Colani və yeni höküməti təkfir edib.

“Ənsar əs-Sünnə”

Suriyada “Ənsar əs-Sünnə” adlı yeni radikal terrorçu qruplaşma ortaya çıxıb – məqsədləri qətl, təfriqə və azlıqlara qarşı nifrət yaymaqdır.

Bu barədə ərəbdilli mediada məlumatlar yayılmağa başlayıb.

Macarıstan Rusiya ilə enerji əməkdaşlığını davam etdirmək niyyətindədir

Macarıstan Moskva il ilə enerji sahəsində əməkdaşlığı davam etdirmək istəyir və Avropa Komissiyasının 2027-ci ilin sonuna qədər Rusiyadan neft və qaz tədarükündən imtinanı nəzərdə tutan planını öz iqtisadiyyatı üçün son dərəcə zərərli hesab edir.

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı bildirib.