16 November 2023

AİHM Azərbaycanlı müxalifətçilərin şikayətlərini təmin edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) noyabr ayının 16-da Azərbaycandan göndərilmiş 6 ərizə ilə bağlı yekun qərarlarını elan edib.

"Yaşar Kərimov və başqaları Azərbaycana qarşı": Bu iş ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və ya qeyri-proporsional tədbirlər tətbiqi və inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmələrin ədalətsizliyi ilə bağlı idi. 5 ərizəçi onlara münasibətdə Konvensiyanın 11 və 6-cı maddələrinin pozuntusunun baş verdiyini iddia edirdilər.

HƏMAS Ayətullah Xameneinin Haniyə ilə görüşü barədə Reuters-in xəbərini təkzib edib

HƏMAS İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşü ilə bağlı Reuters agentliyinin xəbərini təkzib edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, dünən (çərşənbə) verdiyi bəyanatda HƏMAS hərəkatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin noyabrın əvvəlində Tehranda İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşü barədə Reuters-in dərc etdiyi məlumatları təkzib edib.

Hizbullah İsrailin 2 hərbi məntəqəsini hədəfə alıb

Hizbullah Livanın cənubunda sionist İsrailə məxsus iki hərbi məntəqəyə hücum etdiyini açıqlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Hizbullah işğalçı rejim ordusuna qarşı həyata keçirdiyi hücumlarla bağlı yazılı açıqlama yayıb.

Bəyanatda sionist rejim ordusunun “Rüveysətül-Aləm” və “Ramim” hərbi məntəqələrinə müvafiq silahlarla hücum etdiyi və hədəflərin dəqiq vurulduğu bildirilib.

İsrail Qəzzanın mərkəzindəki məscidi bombalayıb

 İsrail rejimi Qəzzanın mərkəzindəki məscidə hava hücumu edib.

İsrailin Qəzzanın mərkəzindəki məscidə təşkil etdiyi hava hücumunda 50 nəfərin öldüyü açıqlanıb.
Fələstin dövlət xəbər agentliyinin məlumatına görə, hücum mühasirəyə alınan ərazinin mərkəzində yerləşən Əl-Səbra məhəlləsindəki məscidi hədəf alıb.

"Wafa" xəbər agentliyinin müxbiri onlarla insanın da yaralandığını bildirib.

AFFA hakimləri təhqir edən məşqçini beş oyunluq cəzalandırıb

Futbol üzrə Azərbaycan II Liqasında çıxış edən “Kür-Araz”ın məşqçisi Üzeyir Sefizadə 5 oyunluq cəzalanıb. Report xəbər verir ki, buna mütəxəssisin “Baku Sportinq”ə qarşı XI turun ev oyunu başa çatandan sonra hakimləri təhqir etməsi səbəb olub.

Bölgə təmsilçisi Sefizadənin qeyri-etik ifadələrinə görə 400 manat cərimələnib.

"Xalqımı qorumaq fələstinlilərin ölümlərindən üstündür" - İsrail prezidenti

İsrail prezidenti İsaak Hersoq fələstinlilərin ölümündən təəssüflənir, lakin israillilərin müdafiəsini daha vacib hesab edir.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, o, bu barədə "Financial Times" qəzetinə müsahibəsində bildirib.

"Mən fələstinlilərin ölümü ilə maraqlanıram. Ürəyimi parçalayır. Ancaq heç vaxt unutmayacağam ki, mənim birinci prioritetim xalqımızı qorumaq üçün təhlükəsizliyi təmin etməkdir", - İsrail lideri bildirib.  

İctimai fəal Afiəddin Məmmədovun həbs müddəti uzadıldı

Xətai Rayon Məhkəməsi müstəqil “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Afiyəddin Məmmədovun həbs müddətini daha iki ay uzadıb.

Toplum TV xəbər verir ki, bu barədə vəkil Zibeydə Sadıqova noyabrın 15-də “Turan” informasiya agentliyinə açıqlamasında məlumat verib. Məmmədov sentyabrın 20-də evinin yaxınlığında naməlum şəxsin hücumuna məruz qalandan sonra saxlanılıb. Lakin Məmmədovun özünü həmin şəxsi bıçaqlamaqda ittiham ediblər.

Prokurorluq: “Təfəkkür” Universitetinin prorektorunun qətlini sabiq rektor sifariş edib

“Təfəkkür” Universitetinin 2011-ci il sentyabrın 16-da öldürülümüş prorektoru Tariyel Əhmədovun qətlini həmin universitetin sabiq rektoru olan Müşviq Atakişiyev sifariş edib.

Operativtv.com Toplum Tv-yə istinadən xəbər verir ki, bu barədə noyabrın 16-da Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

İmam Hüseyn (ə) ziyarətgahı İraqda daha bir ilkə imza atıb

İmam Hüseyn (ə) ziyarətgahı vətəndaşlara, eyni halda zəvvarlara yüksək səviyyəli xidmət göstərməyə davam edir. Müxtəlif layihələrə imza atan ziyarətgah bu dəfə reabilitasiya, müalicəyə ehtiyacı olan şəxslərə xidmət təklif edir. Belə ki, ziyarətgah Yaponiyanın ən böyük laboratoriyaları ilə əməkdaşlıq edərək, İraqda əzələ və sinir xəstəlikləri ilə məşğul olan ilk mərkəz açır. 

Məlumat İmam Hüseyn (ə) ziyarətgahının mətbuat xidməti tərəfindən yayılıb.

Baltik dənizi Rusiya nefti üçün bağlana bilər

Avropa İttifaqının rəhbərliyi Rusiya neftini ona qoyulmuş qiymət tavanından baha qiymətə daşıyan gəmilər üçün Baltik dənizindəki yolun bloklanması üçün Danimarkaya tapşırıq verməyi planlaşdırır.

Financial Times qəzeti yazır ki, Rusiyanın dəniz yolu ilə daşinan neftinin 60 faizi Baltik dənizindən keçir.

FT oktyabr ayında yazırdı ki, Rusiya neftinin heç bir partiyası 60 dollarlıq qiymət tavanından baha satılmayılb.