16 January 2023

“Dünyada terrorun yayılmasının əsas səbəbi vəhhabilikdir”

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Amerika jurnallarından biri olan "Small Wars Journal" Vaşinqtonun terrorla mübarizədəki iddialarını şübhə altına alıb və deyib: "Əgər Amerika həqiqətən də bu məsələnin arxasındadırsa, bütün dünyada vəhhabiliyə qarşı mübarizə aparmalıdır ki, bu da səudiyyəlilərə pulun kəsilməsi ilə mümkün olacaq.”

WhatsApp və Twitter-dən istifadə edən akademik üçün ölüm hökmü

Operativtv.com SHAFAQNA TURKEY-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı məhkəməsi ölkənin aparıcı akademiklərindən birinə ölüm hökmü çıxarıb.

Səudiyyə Ərəbistanının məhkəmə sənədlərində ölüm hökmünün səbəbi kimi professorun Twitter və WhatsApp-dan istifadə etməsi göstərilib. İnsan haqları müdafiəçiləri qərara sərt reaksiya versə də, Səudiyyə Ərəbistanı səlahiyyətlilərinin sosial media şirkətlərinə etdiyi maliyyə sərmayələri diqqət çəkir.

Netanyahu İsraildə “vətəndaş müharibəsi” barədə xəbərdarlıq edib

Bazar günü İsraildə müxalifət liderlərinin tətil və aksiya çağırışları və Netanyahuya qarşı aksiyaların genişlənməsi fonunda baş nazir daxili müharibə barədə xəbərdarlıq edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Netanyahu bunu həftəlik Nazirlər Kabinetinin iclası zamanı deyib.

“El Klasiko”da rekordlar qeydə alınıb

“Barselona” və “Real” arasına keçirilən İspaniya Superkuboku oyununda rekord qeydə alınıb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, komandasının 3:1 hesabı ilə qalib gəldiyi görüşdə meydana çıxan “Barselona”nın futbolçusu Serxio Buskets “El Klasiko”ların ən çox iştirakçısı rekordunu təkrarlayıb.

Kapitan əzəli rəqiblərin duellərində 45 dəfə iştirak edib. O, hazırda Fransanın PSJ klubunda çıxış edən Lionel Messi və Serxio Ramosun rekorduna çatıb.

İranlı nazir Xanım Ruqəyyənin (ə) türbəsini ziyarət edib

İranın XİN başçısı Suriyada Xanım Ruqəyyənin (ə) türbəsini ziyarət edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Suriya ziyarətində olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İmam Hüseynin (ə) qızı Xanım Ruqəyyənin (s.ə.) ziyarətgahında olub.

Məlumata görə, nazir rəsmi görüşlərdən sonra Xanım Zeynəbin (s.ə) də türbəsinə gedəcəyi qeyd olunur.

Afrika Birliyi: Tiqraydakı münaqişə 600 minə yaxın insanın həyatına son qoyub

Afrika İttifaqı bildirib ki, Efiopiyanın şimalındakı Tiqray bölgəsində hökumət qüvvələri ilə üsyançılar arasında baş verən qarşıdurmada əksəriyyəti mülki vətəndaşlar olmaqla təxminən 600 min insan ölüb.
Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Afrika İttifaqı bu barədə bazar günü hesabatında məlumat verib.