Avropa İttifaqı: “İranla nüvə sazişi ölməyib, təmaslar davam edir”

“Nüvə sazişi ölməyib. Danışıqlar dayansa da İranla normal təmaslar və dalandan çıxmaq üçün səylər davam etdirilir.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət üzrə Ali rəsmisi Jozep Borrellin sözçüsü Peter Stano deyib.

O, bu gün İranla nüvə sazişinin bərpası ilə bağlı müzakirələrin vəziyyətindən danışarkən, qeyd edib ki, bu dialoqlar dayanmış olsa da İran tərəfi ilə təmaslar davam edir.

İranla nüvə sazişinin bərpası barədə mənfi atmosferin yaranmasına baxmayaraq o qeyd edib ki, “Birgə Hərtərəfli Fəaliyyət Planı” ölməyib.

Qeyd edək ki, 2018-ci ildə ABŞ nüvə sazişindən birtərəfli qaydada çıxandan sonra İrana sərt sanksiyalara başlayıb. Digər tərəfdən İranın da anlaşmada olan öhdəliklərini azaltmasından sonra regionun təhlükəsiliyi üçün əhəmiyyət kəsb edən razılaşma ləğv olmaq təhlükəsilə üzləşib.