Liviyada 5+5 Birgə Hərbi Komitənin iclası keçirilib

Liviyada Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərliyi altında ölkənin şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Haftarın ordusu və qüvvələrindən ibarət 5+5 Birgə Hərbi Komitə atəşkəs də daxil olmaqla bir çox məsələləri müzakirə edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Haftarın rəhbərlik etdiyi Liviya Şərq Qüvvələrinin Ruhani İdarəsinin rəisi, general-mayor Xalid əl-Məhcub bildirib ki, Birləşmiş Hərbi Komitə Liviyanın Sirte şəhərində BMT-nin Liviya üzrə xüsusi səfiri Abdoulaye Bathilynin iştirakı ilə iclas keçirib.

Açıqlamaya görə,iclasda 2020-ci ildə İsveçrənin Cenevrə şəhərində liviyalı tərəfləri arasında imzalanmış atəşkəs sazişinin maddələri, həmçinin beynəlxalq və yerli müşahidəçilərin saziş üzrə işi müzakirə edilib.

İclasda həmçinin ölkədəki hərbi qurumların birləşdirilməsi, əcnəbi və muzdlu hərbçilərin ölkədən çıxarılması məsələləri də müzakirə olunub.

Xatırladaq ki, 5+5 Hərbi Komitənin iyunun 15-də Misirin paytaxtı Qahirədə iclası keçirilib.