Naxçıvanda vəzifəli şəxsə cinayət işi açıldı

Naxçıvan Dəmir Yolları MMC-də vəzifə tutmuş Ramin Mirzəyev barəsində cinayət işi açılıb. 

Toplum TV xəbər verir ki, bu barədə  Muxtar Respublikanın Prokurorluğu məlumat yayıb. 

Bildirilir ki, dövlət əmlakının mənimsənilməsi ilə bağlı Muxtar Respublikanın Prokurorluğunda araşdırma aparılıb. 

Araşdırma zamanı səhmləri dövlətə məxsus MMC-nin sabiq əməkdaşı Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Naxçıvan MR Prokurorluğunda cinayət işi başlanaraq toplanmış sübutlar əsasında Ramin Mirzəyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Hazırda ibtidai istintaq davam etdirilir, - deyə məlumatda qeyd olunub.