“Dünyada terrorun yayılmasının əsas səbəbi vəhhabilikdir”

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Amerika jurnallarından biri olan "Small Wars Journal" Vaşinqtonun terrorla mübarizədəki iddialarını şübhə altına alıb və deyib: "Əgər Amerika həqiqətən də bu məsələnin arxasındadırsa, bütün dünyada vəhhabiliyə qarşı mübarizə aparmalıdır ki, bu da səudiyyəlilərə pulun kəsilməsi ilə mümkün olacaq.”

“Small Wars Journal” jurnalı Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı münasibətlərin formasını tənqid edərək yazır: “Vaşinqtonun bölgədəki siyasəti vəhhabilikdən qaynaqlanan zorakı ideologiyaları təbliğ edir. Əgər ABŞ həqiqətən də terrorun kökünü kəsmək istəyirsə, Səudiyyə Ərəbistanının pulunu kəsməli və bütün dünyada vəhhabiliklə mübarizə aparmalıdır. Vaşinqton Səudiyyə Ərəbistanına silah və sursat vermək əvəzinə bu ölkənin xalqına demokratiya gətirməlidir”.

Bu jurnal varlı Səudiyyənin vəhhabi terror qruplaşmalarını dəstəkləməsinə toxunaraq yazıb: “Amerikanın atmalı olduğu ən mühüm addım Səudiyyənin pullarını kəsmək və hər yerdə vəhhabiliklə mübarizə aparmaqdır. Ərəblərin maliyyəsi olmasa vəhhabilər öz ideyalarını geniş şəkildə yaya bilməyəcəklər. Səudiyyəlilər neft satışından nə qədər çox gəlir əldə edərlərsə, Səudiyyə tərəfləri vəhhabiliyi yaymaq üçün bir o qədər çox pul yatırmış olurlar”.