Bu ölkə qadınlara orduda xidmət icazəsi verdi

Böyük Britaniyada qadınlara ordunun bütün sahələrində xidmət etməyə icazə verilib.
 
Məlumatı oktyabrın 25-də Britaniyanın müdafiə nazirliyi yayıb.
 
 
Nazir Qevin Uilyamson bildirib ki, indi Britaniya ordusunun tərkibi "gender meyarlarına deyil, qabiliyyət meyarlarına görə" təyin olunacaq.
 
O, həmçinin qeyd edib ki, bu qərar Britaniyanın silahlı qüvvələrini "daha müasir işəgötürən" edəcək.