Erməni ordusunda zabit intihar etdi

Ermənistan ordusunda zabitlərdən biri intihar edib.Bu barədə "News.am" saytı məlumat yayıb. 

Məlumata görə, 29 avqust saat 08:15 radələrində Ermənistanda hərbi hissələrin birində növbətçi olan baş leytenant Karen Ovannisyan özünə qəsd edib.

Ermənistan İstintaq Komitəsi məlumatı təsdiqləyib və zabitin ölümünün səbəblərini araşdırır.