Səudiyyə Ərəbistanında qadınlar təyyarə idarə edəcək

Səudiyyə Ərəbistanında beş qadına sərnişin təyyarəsini idarə etmək icazəsi verilib. 

Oxu.Az-ın məlumatına görə, Mülki Aviasiya Baş İdarəsinin verdiyi lisenziya onlara ölkənin özəl aviaşirkətlərində işləmək icazəsi verir. 

Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistanında tarixdə ilk dəfə qadına sürücülük vəsiqəsi verilib.