Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Yəməndə qətlə yetirilən uşaqlarla bağlı qalmaqallı açıqlama edib. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Al-Khaleej" qəzeti yazıb.
Nəşrin iddiasına görə, Səudiyyənin vəliəhd şahzdəsi Yəməndə öldürülən azyaşlılar barədə danışarkən dövlət rəsmilərinə deyib ki, beynəlxalq iradları qulaq ardına vursunlar.
Qəzet həmçinin yazır ki, Məhəmməd bin Salman Yəməndə ötən gün onlarla azyaşlının ölümünə səbəb olan və dünya ictimaiyyətinin diqqətini çəkən hava hücumunu da müdafiə edib.
"Beynəlxalq iradları vecinizə almayın. Yəməndə nəsillərin şüurunda böyük bir iz buraxmaq istəyirik. Uşaqlarının, qadınlarının və hətta kişilərinin Səudiyyə Ərəbistanının adı tələffüz ediləndə qorxudan titrəməsini istəyirik",-deyə vəliəhd şahzadənin sözlərindən qəzet sitat gətirir.
"Uşaqlarının, qadınlarının və hətta kişilərinin Səudiyyə Ərəbistanının adı tələffüz ediləndə qorxudan titrəməsini istəyirik"

Oxşar xəbərlər