Səudiyyə Ərəbistanından PKK-ya dəstək: 100 milyon dollar

Səudiyyə Ərəbistanı və BƏƏ jurnalist Camal Qaşıqçının qətlindən sonra Suriyanın şimalında PKK terror quruplaşmasına 100 milyon dollar yardım etmək niyyətindədir. Bu barədə "Akşam" qəzeti yazıb.

Nəşrin iddiasına görə, hər iki ölkəni təmsil edən nümayəndə heyəti PKK/YPG-nin rəhbərləri ilə görüş keçirib. Görüş zamanı kürd terrerçuların alacaqları maliyyə qarşılığında Türkiyənin Suriyadakı əməliyyatlarına müdaxilə edəcəkləri müzakirə olunub.