Türk əsgərləri minaya düşüb: 4 ölü var

Türkiyənin Batman vilayətinin Gercüş rayonunda hərbçilər PKK terrorçuların hədəfinə çevrilib. "DHA"ya istinadən bildirilir ki, zirehli hərbi maşının minaya düşməsi nəticəsində 4 hərbçi həyatını itirib, 5-i isə yaralanıb.

Xəstəxanaya yerləşdirilən  yaralılardan 3-nün vəziyyətinin ağır olduğu deyilir.
 
Hücumdan sonra qaçan terrorçuların zərərsizləşdirilməsi məqsədilə regionda vertolyotların dəstəyi ilə genişmiqyaslı əməliyyat başladılıb.