Bağlı qalan sərhədlər və açıq qalan suallar

Abzas Media, ToplumTV, Qubad İbadoğlu işi “saxta pul, qamaqmalçılıq, Qərbin maliyyəsi ilə ölkədə vəziyyətin gərginləşdirilməsi” kimi məsələləri hallandırınca artıq uzun zamandır durmadan danışılan mövzu bu istiqamətdə də müzakirə nöqtəsinə gəldi. Söhbət pandemiya səbəbindən illəri öz ağuşuna alıb xəstə yatağına salan sərhədlərdir ki, artıq hər bir təbəqə (hətta hakimiyyətin daxilindən belə) sərhədlərin bağlı qalmasını müzakirəyə çıxarıb. Keçidlərin qapanması hansı siyasi səbəbləri özündə ehtiva edərək pandemiyanın arxasında gizlənməsindən asılı olmayaraq, yarım milyonluq rəqəmlərlə səsləndirilən gizlin pul siyasətinin ölkəyə gətirilməsi, ToplumTV olayı ətrafında suallardan biri də onun hansı yolla gerçəkləşdirilməsidir. Məlumdur ki, olay sərhədlərindən yumşaq deyilərsə, qaçaqmalı gətirmək mümkün olmayan haldır. Hava yollarında nəzarətin necə ciddi olması da bu işin qeyri mümkünlüyünü söyləməyə əsas verir. Dövlət Təhlükəsizlik Xidmətinin isə köçürülmələrlə bağlı ciddi araşdırmaları da bunun kart yolu ilə də ölkəyə gəlməsini inandırıcı göstərmir.
Amma cinayət faktlarında yetərincə rəqəmlər sadalanır və bunun da məhz xaricdən gətirilməsi qeyd olunur. Birmənalı olaraq mediaya yönəli basqıların sadalandığı pul oyunu arxasında dayanılan narahat qüvvələrin Cavanşir Feyziyev kimi pul oyunçularının gizlədilməsi üçün göstərə biləcək tərəfin də məhz Qərbə, media azadlığı fəryadını qoparanlara eyni arqumentlə cavab verməkdən başqa bir şey olaraq görünmədiyi bəllidir. Medianın azadlığı məhz ittihama müvafiq olaraq maliyyə adı ilə vurulması Azərbaycandan Qərbə soyuq çağırışdır. Zatən məhdudlaşdırılan ölkə gündəmində səbəblər tapmaq çətin olmayacağı halda, əlbəttə bu qarşı tərəfə mesajdırsa, nə xoş elə onların öz iddia dili ilə olsun deyə, icrası məntiqli görünür.
Məlum bir hal isə, sərhədlərin bağlanması Azərbaycan vətəndaşının növbəti məhdudlaşan hüqüq və azadlıqlarından biridir. Öz bitmə tarixini aylar öncə elan edən Ümumdünya Səhiyyə Təşkilatının fikirlərindən fərqli olaraq Kovidlə bağlı gündəlik statistika da ən aktiv olan qış fəslində xəstəliyin yox səviyyəsini Nazirlər Kabinetinin rəsmisi rəsmi hesabatında əks etdirdi. Demək səbəb ölkənin daxilində gözlənilən və ya hazırlanan hansısa bir layihənin icrasıdır ki, bu isə, sərhədləri ciddiyyətlə bağlı saxlamağı tələb edir.
Növbəti dəfə pandemiya, karantin dövrü artırıldı. Bu hal hələ ki, ölkə başçısının "sərhədlərdən quş belə uçmayacaq" göstərişinin ömrünü artıracaq bir qərar olaraq icra ediləcəyi şübhəsizdir. Səbəbi söylənilməsə də, məlumdur ki, bu çoxdan dəfn olunmuş pandemiya ilə də bağlı deyil.