Ayətullah Xamenei: Bu gün bütün dünyanın gözü İrandadır

Bu gün səhər saat 8:00-da İranda 6-cı Ekspertlər Məclisi və 12-ci dövr parlament seçkiləri başlayıb.

İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Tehranda İmam Xomeyni Hüseyniyyə nəzdində 12-ci müddətə İran parlamentinin deputatı və 6-cı Ekspertlər Məclisinə səs verib.

Jurnalistlərin suallarını cavablandıran İnqilab Rəhbəri “Allahdan diləyirəm ki, bu günün İran milləti üçün bərəkətli bir gün olmasını və seçki qutusunun nəticəsinin xalqımızın mənafeyinə uyğun olmasını diləyirəm” deyib.

İmam Xamenei sözünə davam edərək: "Əziz millətimiz bilməlidir ki, bu gün bütün dünyanın gözü İrandadır. Ona görə də siz səs verməklə düşmənlərinizin ümidlərini qırın" söyləyib.