AFFA-nın qərarı ləğv edildi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Yığıncaqda “Lion” klubunun şikayətinə baxılıb. Müraciət qismən təmin edilib.

U-15 Liqasının “Səbail” – “Lion” oyunundan sonra qonaqların azarkeşləri hakimləri təhqir edib, onlara hədə-qorxu gəlib. AFFA-nın İntizam Komitəsi klubun 3 ev oyununu azarkeşsiz keçirməsinə qərar verib.

Apellyasiya Arbitraj Tribunalı bu cəzanı ləğv edib. İş yenidən baxılması üçün AFFA-nın İntizam Komitəsinə göndərilib.

Qeyd edək ki, apellyasiya şikayətinin qalan hissədə baxılmamış saxlanılıb.