Zukerberq “Meta”nın səhmlərini təxminən yarım milyard dollara satıb

Mark Zukerberq “Meta”nın səhmlərini təxminən yarım milyard dollara satıb.

Ötən ilin son iki ayında Mark Zukerberq “Meta” platformasının səhmlərini 7 il ərzində ən aşağı qiymətə satıb. Orta hesabla təxminən hər səhmin qiyməti 10.4 milyon dollar, ən yüksək səhm isə 17.1 milyon dollar dəyərində satılıb.

Ümumilikdə Mark Zukerberq şirkətin səhmlərini 428 milyon dollara satıb.

Qeyd edək ki, 39 yaşlı Zukerberq “Meta”nın təxminən 13%-nə sahibdir. O “Bloomberg Milyaderlər İndeksi”ə (“Bloomberg Billionaires Index”) görə təxminən 125 milyard dollarlı sərvətlə dünyanın yeddinci ən zəngin adamıdır.

 

APA