Türkiyədə bələdiyyə seçkiləri bitdi, qalib CHP oldu

 Türkiyədə özünüidarəetmə orqanlarının seçkilərinin nəticəsi gözlənilməz olub.

Belə ki, açılan 97.6 faiz sandıqlarına ümumi nəticəsinə görə, müxalif CHP 37.59 faizlə birinci, iqtidar AK Partiya 35.61 faizlə ikinci yerdədir.

Yenidən Refah partiyası bu seçkilərdə gözlənilməz nəticə əldə edib.

Belə ki, YRP 6.14 faizlə üçüncü yerdə qərarlaşıb.

DEM partiyası 5.61 faizlə dördüncü, MHP 4.95 faizlə beşinci, İYİ partiya 3.77 faizlə altıncı yerdədir.

Qeyd edək ki, seçkilərin nəticələrinin tam açıqlanması üçün bütün sandıqlar açılmalıdır.

Sizə maraqlı olan bəzi böyükşəhər bələdiyyələrinin sədri postunu qazananları təqdim edirik:

CHP-dən Əkrəm İmamoğlu İstanbulda, CHP-dən Mansur Yavaş Ankarada, CHP-dən Cəmil Tuğat İzmirdə, AKP-dən Fatma Şahin Gazientepdə, AKP-dən Mehmet Öntürk Hatayda, AKP-dən Rahmi Metin Rizədə, AKP-dən Tahir Böyükatın Kocaelidə, AKP-dən Ahmet Genc Trabzonda, DEM-dən Ayşe Küçük Diyarbəkirdə, DEM-dən Mehmet Akış Hakkaridə, DEM-dən Sirri Söylemez Muşda, MHP-dən Ötüken Senger Qarsda, Yenidən Refahdan Mehpet Gülpınar Şanlıurfada, Yenidən Refahdan Kazım Alcan Yozgatda, Böyük Birlikdən Adem Uzun Sivasda bələdiyyə sədrliyini qazanıblar.