Tehranın digər təsir kartı: Hörmüz boğazı

Dünyanın diqqəti İranın təşkil etdiyi “Sadiq vəd" əməliyyatına yönəldiyi halda, Tehranın daha bir mühüm imkanına göz yumulur. Tehranın əsas neft hasil edən ölkələrdən neft ixracı üçün mühüm tranzit marşrutu olan Hörmüz boğazını blokadaya alması ehtimalı Qərbdə narahatlıq yaradır.

Yaxın Şərqdə gərginlik görünməmiş hadisələrlə artdıqca, Hörmüz boğazı vasitəsilə qlobal neft daşınmasının pozulması ilə bağlı narahatlıqlar münaqişələrin yayılması təhlükəsinə əlavə olunub.

Dünya şənbə gecəsi nə baş verəcəyindən xəbərsiz Tehranın Təl-Əvivə cavabını gözlədiyi bir vaxtda, günün ilk saatlarında Qərbin gözləmədiyi bir addım baş verdi. İran İnqilab Keşikçiləri Hörmüz boğazından keçən israilli milyarder Eyal Oferə məxsus Portuqaliya bayraqlı MSC Aries gəmisinə helikopter endirib və gəmini 25 nəfərlik heyəti ilə İran sularına aparıb. Müsadirə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahil zolağından 80 km şimal-şərqdə baş verib. İsrailin xarici işlər naziri İsrael Katz Brüsseli İnqilab Keşikçiləri Korpusunu "terror təşkilatı" adlandırmağa və İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb və gəminin Avropa İttifaqı (Aİ) üzvünə məxsus olduğunu bildirib.

 

"TƏYYARƏ GƏMİLƏRİNƏ HÜCUM ETMƏKDƏN DAHA TƏHLÜKƏLİDİR"

Çoxqütblü dünya siyasətinin aparıcı müdafiəçilərindən biri olan braziliyalı veteran jurnalist Pepe Eskobar MSC Aries-in ələ keçirilməsinə toxunaraq yazıb ki, Tehran şənbə günü əməliyyatlar zəncirinə “Qərbi çaşdıran ustad addım”la başlayıb. Eskobar İnqilab Keşikçiləri Qvardiyasının İsrail gəmisini ələ keçirməsini bu sözlərlə şərh edib: “ABŞ-İsrail qorxusu təhlükəli Qərb kəşfiyyat bölmələri tərəfindən dəstəklənən siyahılardan kənara çıxanda, İnqilab Keşikçiləri sürətli və gözlənilməz bir hərəkət etdi və bir İsrail  konteyner gəmisi Hörmüz boğazı yaxınlığında ələ keçdi. Bu son dərəcə zərif bir manevr idi. Kollektiv Tehranın Hörmüz boğazının əlində olduğunu Qərbə xatırladırdı. Bu fakt Qərbi Asiyada "təyyarə gəmilərinə" hər hansı məhdud hücumdan daha çox bütün Qərb iqtisadiyyatı üçün daha təhlükəli idi.

 

Qaynar DƏNİZLƏR

Noyabrın 19-da başlayan və Qırmızı dənizə, Bab əl-Məndəb boğazına, Oman dənizinə və hətta son vaxtlar Hind okeanına qədər uzanan Yəmən Ənsarullah hərəkatının əməliyyatları qlobal dəniz ticarətini böhran vəziyyətinə saldı və bölgədə Qərb donanmalarının cəmləşməsinə səbəb oldu. Bundan əlavə, Somali dəniz quldurlarının son aylarda yaranmış xaotik mühitdən istifadə edərək Afrika sahillərində yenidən fəaliyyətə başlamaları bu isti sularda qiymətləndirilməsi mümkün olmayan yeni təzyiq elementi yaradıb. Ən son, aprelin 14-də dəniz quldurları keçən ay Mozambikdən BƏƏ-yə gedərkən ələ keçirdikləri Banqladeş bayraqlı MV Abdullahı azad etmək üçün 5 milyon dollar fidyə aldılar.

 

"QƏRB ÜÇÜN DAHA BÖYÜK RİSKDİR"

Global Data-nın ekspert müdafiə analitiki Tristan Sauerin fikrincə, İranın Hörmüz boğazında İsraillə əlaqəli gəmini “Sadiq vəd” əməliyyatı ilə eyni gündə ələ keçirməsi “İran arasında birbaşa münaqişə regiondakı digər güclərə riskindən daha böyük təhlükə yaradır. Hörmüz boğazı uzun müddətdir ki, mülki aktivlərin qaçırılması və təxribatı kimi asimmetrik taktikaların keçmiş effektivliyinə görə İranın siyasi qazanc əldə etmək üçün təzyiq göstərə biləcəyi kritik əsas nöqtə kimi nəzərdən keçirilir”, - Sauer Naval Technology-yə bildirib.

 

KÖRFƏZ ÖLKƏLƏRİNİN LİMANLARI İÇİN MÜMKÜN DEYİL

Eyni nəşrə danışan Freightos-un Tədqiqat Başçısı Judah Levine deyib: "Bu hadisə İranın Qırmızı dəniz nəqliyyatına davam edən hücumları ilə birlikdə konteyner sənayesi üçün başqa bir potensial problem yaradır." Levine, Hörmüz boğazının bağlanacağı təqdirdə nələrin baş verə biləcəyini bu ifadələrlə dilə gətirib: "Bu cür hücumlar davam edərsə, genişlənərsə və ya İran Hörmüz boğazını tamamilə bağlamağa çalışarsa, Yaxın Şərqdəki konteyner axını çox güclü təsirlənəcək. Boğaz bağlanarsa Küveyt, İraq və BƏƏ limanlarının çoxu əlçatmaz olacaq. Onsuz da Qırmızı dəniz limanlarına çıxışı çətin olan Səudiyyə Ərəbistanının da Körfəz limanlarına çıxışı kəsiləcək".

 

"TEHRAN ASİMMETRİK MÜHARİBƏNI DAVAM EDƏCƏK"

Ekspertlərin fikrincə, İranın Hörmüz boğazında (yaxud müttəfiqləri vasitəsilə Qırmızı dəniz və Ədən körfəzində) dəniz hücumlarını artırıb-artırmayacağı, Təl-Əvivin Tehranın “Sadiq vəd” əməliyyatına cavab verib-verməyəcəyindən asılıdır. Sauer deyib ki, İran çox güman ki, bu cür asimmetrik müharibə imkanlarına arxalanmağa və onlara sərmayə qoymağa davam edəcək, çünki bu hərəkətlərin həftə sonu göründüyü kimi birbaşa toqquşmalardansa regional və ya beynəlxalq supergüclərlə böyük gərginliyə səbəb olma ehtimalı azdır".

Üstəlik, indiyədək 33 mindən çox fələstinli öldürülsə də, İranın əməliyyatından sonra Qərb yenidən İsrailin arxasına keçib və ABŞ prezidenti Bayden İsrailin mümkün cavab tədbirinə yaşıl işıq yandırmasa da, Vaşinqtonun Təl-Əvivə “dəmir kimi” dəstəyini təkrarladı. Bu səbəblərə görə Sauer belə qənaətə gəlir: “Yüksək intensivlikli müharibənin ABŞ-ın birbaşa müdaxiləsi ilə nəticələnəcəyi ehtimalı olduğundan, İsrail üçün əsl təhlükə İrandan və onun Müqavimət Oxundakı vəkillərinin asimmetrik müharibə üsullarından istifadə edərək birgə işləməsindən irəli gəlir”.

 

NEFTİN 30 FAİZİ HORMİSDƏN KEÇİR

JP Morgan-a görə, bazarlar İsrail və İran arasında hərbi gərginliyin daha da artması riskini qiymətləndirməyə davam edir və bu, dəniz neftinin təxminən 30%-nin keçdiyi Hörmüz boğazında fasilələrə səbəb ola bilər. İnvestisiya nəhənginin məlumatına görə, neftin qiyməti çərşənbə axşamı İrana qarşı sanksiyalarla bağlı şayiələr səbəbindən yüksəlib. Lipow Oil Associates şirkətinin prezidenti Endi Lipow bildirib ki, Hörmüz boğazının bağlanması Brent markalı neftin qiymətinin 120-130 dollar aralığına qalxması ilə nəticələnəcək.

Royal Bank Canada-nın Qlobal Əmtəə Strategiyası və Yaxın Şərq və Şimali Afrika Tədqiqatları şöbəsinin rəhbəri Helima Croft CNBC-yə deyib ki, o, İranın Hörmüz boğazını bağlamayacağını düşünür, lakin Tehran ölkənin hərbi imkanlarını nəzərə alaraq, “enerji infrastrukturu, gəmilər və qlobal ticarətə ciddi ziyan vura bilər" deyib. Kroftun sözlərinə görə, İran sahilyanı lövbərlərini gəmilərlə doldurmaq istəməzdi, lakin o, bu suları “əbədi xaos vəziyyətində” saxlaya bilər.