Süveyş kanalında gəmilərin hərəkəti 30 faiz azalıb

Süveyş Kanalı Administrasiyasının sədri Usamə Rəbiə Misirin ON televiziyasına verdiyi açıqlamada, "1-11 yanvar tarixləri arasında keçən gəmilərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 30 azalıb" söyləyib.

Gəlirlərlə bağlı suala cavab olaraq Rəbiə, 1-11 yanvar dövründə gəmi tranzitindən əldə edilən gəlirin 2023-cü ilin eyni dövrü ilə müqayisədə 40 faiz azaldığını açıqlayıb.

Daha əvvəl Sky News televiziyası Husilərin Qırmızı dənizdən keçən gəmilərə hücumları səbəbindən Süveyş kanalından keçən ödənişin noyabr ayından bəri 310 faiz artdığını bildirmişdi.

Yəmənin şimalına nəzarət edən Ənsarullah hərəkatı Qırmızı dənizdən keçən gəmilərə İsrailə getdiklərini iddia edərək 20-dən çox hücum təşkil edib.