Suriyanın şərqinə hücum nəticəsində 5 nəfər yaralanıb

 Suriyanın şərqindəki bölgələrə hava hücumu nəticəsində indiyədək 5 nəfər yaralanıb.

Bu hücumda Suriyanın şərqindəki Deyr əz-Zor şəhərindəki mərkəzlər hədəfə alınıb.

Əl-Məyadinin müxbiri bu hücumu izah edərkən bildirib ki, hava hücumu zamanı Əl-Bukamaldakı "Əs-Salahiya" bölgəsini və "Əl-Məyadin" şəhərindəki yaşayış məntəqələri və Deyr Əz-Zordakı "Əl-Qəsr" bölgəsi hədəfə alınıb.

Verilən ilkin məlumata görə, Suriyanın bu ərazilərinə edilən hava hücumları nəticəsində 5 nəfər yaralanıb.

Hələlik heç bir şəxs və ya qrup bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib, lakin keçmişdə bu ərazi dəfələrlə Amerika qırıcıları tərəfindən hədəfə alınıb.