Səudiyyə Ərəbistanı bütün regionlar üçün neft qiymətlərini aşağı salacaq

Səudiyyə Ərəbistanı bütün regionlarda alıcılar üçün neftin qiymətini aşağı salacaq.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb .

Onun sözlərinə görə, “Saudi Aramco” bir barel üçün qiyməti 1,5-2 dollar ucuzlaşdıracaq. Agentliyin qeyd etdiyi kimi, neft istehlakı adətən fevral və mart aylarında azalır və neft emalı zavodları bu dövrdən bəzi zavodları təmir üçün bağlamaq üçün istifadə edirlər.

Bloomberg həmçinin qlobal neft qiymətlərinin 2020-ci ildən bəri ilk dəfə 2023-cü ildə düşdüyünü qeyd edib. Qiymət bazarı indiyədək Qəzza zolağındakı münaqişəyə və husilərin Qırmızı dənizdəki gəmilərə hücumlarına məhəl qoymur.