Rusiya və İran Parlament sədrləri Tehranda görüşüblər

 İran Parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf Tehranda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Vyaçeslav Volodinlə Məhəmməd-Baqir Qalibaf İran İslam Respublikası və Rusiya Federasiyasının Parlametnlərarası Birgə Ali komissiyasının Tehranda üçüncü iclası öncəsi görüşərək, qarşılıqlı əlaqələri, xüsusilə də parlamentlərarası birgə fəaliyyətləri müzakirə ediblər.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının sədri ötən gecə Tehrana gedib və onu Tehran hava limanında İran parlamenti sədrinin müavini Əli Nikzad qarşılayıb.

Rusiya Dövlət Duması sədrinin İran prezidenti ilə də görüşü gözlənilir.