Rusiya Avropaya qaz tədarük etməyə hazır olduğunu bildirib

Rusiya Ukrayna ərazisindən tranzitlə bağlı müqavilənin müddəti bitdikdən sonra da Avropaya qaz tədarük etməyə hazırdır. 

Bu barədə Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi enerji resurslarının müxtəlif yollarla tədarükünü davam etdirməyə hazırdır, lakin tərəfdaşları tərəfindən maraq görmür: "Biz hər zaman Avropaya qaz tədarükünü davam etdirməyə hazırıq. Qarşı tərəf davam etmək istəsə, biz bu məsələləri müzakirə etməyə hazır olacağıq. Hələlik belə bir istək görmürük". 

 

Unikal.az