Ruhani Hacı Əli Əliyevin məhkəməsinin hazırlıq iclası keçirilib

Operativtv.com Maide.Az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə ruhani Hacı Əli Əliyevin məhkəməsi keçirilib.
Prosesdə ruhani Hacı Əli Əliyev özü də iştirak edib.
Növbəti məhkəmə iclası noyabr ayının 29-u saat 16:30 təyin olunub.
Qeyd edək ki, ruhani Hacı Əli Əliyev bu il aprelin 6-da (orucluqda) son zamanlar İranla Azərbaycan arasında gərginləşən münasibətlərin ardınca şərlənərək həbs edilib.
Ruhani Hacı Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.