"Qəzzada döyüşlərin dayandırılması Livanla sərhədə təsir etməyəcək" - İsrailin müdafiə naziri

"Qəzzada döyüşlərin dayandırılması Livanla sərhədə təsir etməyəcək."

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

Qalant qeyd edib ki, Qəzzada davam edən İsrail-Həmas müharibəsinin dayandırılması Livanda yerləşən “Hizbullah” qruplaşması ilə döyüşlərə şamil edilməyəcək.
“Əgər Hizbullah düşünürsə ki, cənubda atəşkəs olanda dayanacaq və biz də dayanacağıq, böyük səhv edirlər...
Açıq deyim: biz İsrailin şimalında yaşayanlar üçün təhlükəsizliyin bərpa oluna biləcəyi vəziyyətə çatana qədər dayanmayacağıq. Biz buna [diplomatik] razılaşma və ya hərbi yolla nail olduqda, o zaman sakitləşə biləcəyik”, -Qalant bildirib.