Quran müəllimi Hacı Nurlan Musayevin həbs müddəti uzadılıb

Bu barədə Maide.Az-a onun yaxınları məlumat verib.
Onların sözlərinə görə, yanvar ayının 12-i ruhaninin barəsindəki həbs qəti imkan tədbirinin müddəti başa çatacaqdı. Məhkəmə bu müddəti daha iki ay artırıb.
Qeyd edək ki, Hacı Nurlan Musayev son vaxtlar Azərbaycan və İran arasında gərginləşən münasibətdən dolayı şiə ruhanilərinə və inanclılara qarşı başladılan represiya dalğasının ardınca sentyabr ayının 14-də saxlanılıb. Saxta narkotik ittihamı ilə şərlənərək həbs edilib.
Himayəsində 4 azyaşlı övladı, 1-ci dərəcəli xəstə qardaşı və yaşlı anası olan Nurlan Musayev Göyçay şəhəri sakinidir.