Prezident seçkilərində 7 namizəd mübarizə aparacaq

Mərkəzi Seçki Komissiyası (MSK) Qüdrət Həsənquliyev, Fazil Mustafa, Elşad Musayev və Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə qərar MSK-nın yanvarın 9-da keçirilən iclasında qəbul edilib.

Beləliklə, prezidentliyə namizədliyi qeydə alınanların sayı 7-yə çatıb.

Bundan əvvəl MSK 17 nəfərin prezidentliyə namizədliyinin təsdiqləndiyini bildirmiş, 10 nəfərin isə nаmizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədlərini təqdim etmədiyini açıqlamışdı. 

Azərbaycanda növbədənkənar Prezident seçkiləri fevralın 7-də keçiriləcək.