Patruşev Ramil Usubovla görüşüb

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşüb.
 
Turan İA verdiyi məlumata görə, görüşdə terrorizmə və ekstremizmə qarşı mübarizə, habelə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. 
 
"Hər iki ölkənin bir sıra nazirlik və idarələrinin nümayəndələrinin iştirakı ilə keçirilən ekspert məsləhətləşmələri zamanı terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə, habelə informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib" -xəbəri TASS yayıb.
 
Patruşev həmçinin Usubovu Azərbaycan TŞ-nin katibi vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.
 
Patruşev iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın müsbət tempini qeyd edib, Rusiya-Azərbaycan sərhədində birgə infrastruktur layihələrinin həyata keçirilməsinin və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. 
 
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev  sentyabrın 3-də İlham Əliyevlə görüşüb.