Bəylər Əyyubovun qardaşı oğluna polis orqanlarında yüksək vəzifə verildi

Su Nəqliyyatında Polis İdarəsinə yeni rəsi təyin edilib

Daxili işlər orqanlarında yeni təyinat olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Rövşən Eyyub oğlu Eyyubovu Su Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə təyin edib.

İndiyə qədər Rövşən Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Rövşən Eyyubov prezidentin mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun qardaşı oğludur.