Pakistan və İran arasında gərginlik artır, iki ölkə arasında sərhəd keçid məntəqəsi bağlanıb

İranın yanvarın 16-də İraq, Suriya və Pakistan da daxil olmaqla apardığı antiterror əməliyyatı geniş müzakirələrə, eyni halda gərgin qonşuluq münasibətlərinə qədər yüksəlib. Pakıstan bu səhər onun ərazilərinə endirdiyi hava hücumuna cavab olaraq İranın hava məkanını pozaraq Sistan və Bəlucistan vilayətinin sərhəd kəndinə aviazərbələrdən bombalayıb. 7 məntəqənin vurulduğu və 8 nəfərin öldüyü haqqında xəbərin ardınca iki ölkə arasında sərhəd keçid məntəqəsinin də bağlanıldığı deyilir. Qərar Pakıstan dövləti tərəfindən verilib. 

Hadisə ilə bağlı Pakistan müvəqqəti hökumətinin Baş naziri Ənvar-ul-Haq Kakar Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyaraq İslamabada geri qayıdır. Eyni halda Pakistan XİN rəhbəri Cəlil Abbas Cilani də Qoşulmama Hərəkatının Uqandada keçirilən sammiti ilə bağlı səfərini yarımçıq qoyaraq ölkəsinə geri dönüb.

Bu səhər ərazisi bombalanandan sonra Pakistanın İrandakı müvəqqəti işlər vəkili hadisə ilə bağlı izahat vermək üçün İran XİN-ə çağırılıb.