Ötən il azad olunmuş ərazilər büdcədən nə qədər vəsait ayrılıb?

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən ümumən 6 milyard manata yaxın vəsait ayrılıb.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə yanvarın 22-də Maliyyə Nazirliyindən bildirilib.

Bu vəsaitin 4,8 milyard manatı və ya 85,9 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərcləri təşkil edib. Həmçinin Prezidentinin ehtiyat fondundan, dövlət büdcəsinin ehtiyat fondundan və digər mənbələrdən Qarabağın bərpasına vəsait ayrılıb. 

Nazirlikdən verilən açıqlamada həmçinin qeyd olunub ki, ötən il dövlət büdcəsinin gəlirləri proqnozdan 5% çox olub.

Azərbaycanın xarici dövlət borcunun isə 3.2% azaldığı bildirilib.