Bəhreyndə rejim uzun müddətdir şiə inancına qarşı repressiv siyasət yürüdərək bu inancın daşıyıcılarını hədəfə alır. ABŞ-nin İrana qarşı təcavüzkar hücumundan sonra isə bu təzyiqlər daha da intensivləşərək geniş vüsət alıb. Son bir neçə ay ərzində onlarla Cəfəri məzhəbinə mənsub şəxsin və nüfuzlu ruhanilərin həbs edilməsi bunun əyani sübutudur.
Ciddi hüquq pozuntuları ilə müşayiət olunan həbslər zamanı işgəncələrə məruz qalan inanclılar hazırda sifarişli ittihamlarla məhkəmə qarşısına çıxarılır. Ağır ittihamlara və xalqın etirazlarına baxmayaraq, Bəhreyn hakimiyyəti dini dəyərləri dəmir barmaqlıqlar arxasına salmaqda israrlı görünür.
Diktator rejimlərə xas olan bu davranış öz xalqına divan tutan bir sistemin növbəti iyrənc addımlarını nümayiş etdirir.
Müsəlman Birliyi Hərəkatı olaraq dini dəyərlərə, ölkə əhalisinin əhəmiyyətli hissəsini təşkil edən şiə inanclı şəxslərə, ruhanilərə və din xadimlərinə qarşı yönəlmiş məkrli addımları pisləyir və qətiyyətlə məhkum edirik.
Eyni zamanda, başlanmış bu qondarma məhkəmə proseslərinin dayandırılmasını və günahsız şəxslərin dərhal azadlığa buraxılmasını Bəhreyn rejimindən tələb edirik.
MBH Bəhreyndə şiə inanclı şəxslərə qarşı həbsləri qınayıb

Oxşar xəbərlər