Sözün həqiqi mənasında əvəzsiz olan Əvəz Zeynallı...

Sanki addım-addım deyil, hər nəfəs aldıqca ölümə yaxınlaşan Əvəz bəyin itkisini ağıl qəbul etsə də, ürəyin qəbul etməsi çox çətin idi. İllərini, ömrünün səhifələrini sözün həqiqi mənasında Azərbaycanın, torpağının və vətəninin rifahına bağlayan bu dəyərli şəxsin ölümü də məhz amal etdiyi müqəddəs hədəfi uğrunda mübarizəsinin sonunda gerçəkləşdi. Əvəz Zeynallı mücadilə və mübarizə meydanının düz mərkəzində, bütün gücü və imkanları ilə çarpışaraq bu dünyaya vida etdi.
Biz, Müsəlman Birliyi Hərəkatı olaraq, dəyərli Əvəz bəylə illərdir davam edən xoş münasibətlərimizin onun xəstəliyi dövründə də davam etməsi üçün əlimizdən gələni etdik. Təəssüf ki, ona nəsib olan xəstəlik sonda həyatına son nöqtəni qoyaraq bu ömür kitabını qapada bildi.
Dəyərli Əvəz bəyin vəfatı ilə əlaqədar dərin kədərimizi ifadə edir, ailəsinə, yaxınlarına və doğmalarına bu ağır itki münasibətilə başsağlığı veririk.
Allah rəhmət eləsin.