İsrail Qəzzanı cəhənnəmə çevirməyə davam edir; son sutkada 82 fələstinli şəhid edildi

Ötən sutka ərzində İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində 80-dən çox fələstinli şəhid olub.

Bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, iyulun 6-da bölgədə ən azı 82 nəfər ölüb.

Onlardan 39-u Qəzza şəhərindəki Şeyx-Rədvan rayonuna endirilən zərbə nəticəsində həlak olub.

Bundan başqa, dağılan binaların altında qalanlar, o cümlədən uşaqlar da var.