Amerika xalqı Nyu-Yorkda və digər şəhərlərdə ABŞ-ın İrana hücumlarına etiraz edərək, Trampa "Əvvəlcə xalqı yedizdirin!" səsləniblər.
ABŞ prezidenti Donald Tramp həftə sonu Amerikanın İranın yeraltı nüvə obyektlərinə hücumundan sonra ilk dəfə olaraq İranda rejim dəyişikliyi ehtimalını gündəmə gətirib. Prezident özünün sosial media platforması olan TRUTH SOCIAL-da bu barədə açıqlama verib:
"Rejim dəyişikliyi" ifadəsini işlətmək siyasi baxımdan düzgün deyil, amma indiki İran rejimi İranı yenidən böyük edə bilmirsə, niyə rejim dəyişikliyi olmasın??? MIGA!!!"
Tramp “Amerikanı yenidən möhtəşəm et – MIGA” şüarını “MIGA” ifadəsini İrana uyğunlaşdırıb.
TRUMP GETMƏLİDİR!
Prezidentin bu mesajı paylaşdığı bir vaxtda müharibə əleyhdarı fəallar ABŞ-ın müxtəlif şəhərlərində, xüsusən Nyu-Yorkda küçələrə çıxaraq Amerikanın İrana hücumlarına etiraz ediblər. Fəallar ABŞ-ın Qərbi Asiyada yeni müharibəyə girməsinə münasibət bildirmək üçün Nyu-Yorkun müxtəlif nöqtələrində toplaşıblar.
Nümayişlər məşhur Tayms Meydanından yürüşlə başlayıb. "İranda müharibəyə yox!", "Yaxın Şərqdə yeni müharibəyə yox!" və "Əllərini İrandan çək!". Etirazçılar əllərində “Müharibəni deyil, xalqı yedizdirin!”, “Tramp getməlidir!”, “Bizim adımıza müharibə olmasın!” sözləri yazılmış lövhələr qaldırıb, şüarlar səsləndiriblər.
Etiraz aksiyasını Fələstin tərəfdarı olan tanınmış sosialist qruplar təşkil edib. Bunlara Xalq Forumu, CAVAB Koalisiyası və Fələstin Gənclər Hərəkatı daxildir.
"Biz ABŞ və İsrailin İrana və onun suverenliyinə qarşı hücumlarının dərhal dayandırılmasını tələb edirik. Tramp və onun müharibə qızışdıranları yeni müharibəyə başlamaqla bütün dünyanı təhlükəyə atırlar", - onlar birgə bəyanatda bildiriblər.
"İRAN BÖYÜK VƏ GÜÇLÜDÜR"
Nümayişdə çıxış edən BAMN (Stop War and Racism Movement) milli təşkilatçısı Yvette Felarca, mümkün nüvə münaqişəsinə diqqət çəkərək, "Üçüncü Dünya Müharibəsinin nüvə fəlakətinə çevrilməsindən qorxuram. Bu, təkcə Trampın İrana bir neçə bomba atması deyil, İran böyük və güclü bir ölkədir" deyib.
DEMOKRATLARIN ƏSL ÜZÜ
Partiyadan və Sosialist Qurtuluş Hərəkatından (PSL) Sean Blackmon, Demokrat Partiyasına "Trampdan nə qədər fərqli olduqlarını söyləyən demokratların əsl üzünü görürük. Onlar müharibəni dayandırın demirlər, sadəcə Trampın orfoqrafik səhvləri ilə maraqlanırlar" deyərək reaksiya verib.
DİGƏR ŞƏHƏRLƏR
Nümayişdə iştirak edən qruplar İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı ötən həftədən bəri demək olar ki, hər gün şəhərdə etiraz aksiyası keçirir. Los-Anceles, Vaşinqton, Çikaqo və San-Fransisko kimi şəhərlərdə də eyni vaxtda etirazlar təşkil olunur.
EHTİYAT TƏDBİRLƏRİ ARTIR
Digər tərəfdən, Nyu-York polisi artan gərginlik səbəbindən şəhər daxilində dini, mədəni və diplomatik nöqtələrdə təhlükəsizlik tədbirlərini artırdıqlarını açıqlayıb. Bələdiyyə sədri Erik Adams və NYPD komissarı Jessica Tisch beynəlxalq əlaqələr vasitəsilə şəhərə potensial təsirlər barədə məlumatlandırılıblar. Yəhudi təhlükəsizlik təşkilatları da İran-İsrail gərginliyi başlayandan bəri ehtiyatlı olmağa çağırır. Hələlik yəhudi icmasını hədəf alan konkret təhdidlər barədə məlumat verilməyib.
Təşkilatçılar Qərbi Asiyaya qarşı bütün hücumlar və zorakılıqlar bitənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.
ABŞ-da kütlə küçələrə çıxdı: “Əlləri İrandan çəkin!”