Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman Çempionlar Liqasına təyinat alıb.
AVF-dən “Az.shafaqna.com”a verilən məlumata görə, CEV-in Avropa İdarə Təşkilatı Komissiyasının üzvü C qrupunun “Srvena Zvezda” (Serbiya) – “Potsdam” (Almaniya) oyununda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qarşılaşma bu gün Belqradın “Vojdovas” İdman Mərkəzində keçiriləcək. Görüşün hakimləri makedoniyalı Sanya Simonovska və yunanıstanlı Vasileios Vasileyadis olacaqlar.
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb