MTN əməkdaşı məhkəmə zalından azadlığa buraxılıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinovla birgə həbs olunmuş nazirliyin əməliyyat müvəkkili Nadir Nəzirov azadlığa buraxılıb.

Operativtv.com APA-ya istinadən xəbərinə görə, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda qərar verilib.

Qərara əsasən, Nadir Nəzirovun cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.

Keçmiş MTN əməkdaşı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, Nadir Nəzirov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.