Monqolustanda dəhşətli partlayış - Xeyli sayda ölən var

Monqolustanın paytaxtı Ulan-Batorda böyük Dünjinqarav bazarı yaxınlığında 60 ton qaz daşıyan yük maşınının partlaması nəticəsində yanğın başlayıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, partlayışdan sonra alov sürətlə yaxınlıqdakı avtomobillərə və qonşu yaşayış binalarına keçib.

Monqolustan Fövqəladə Hallar Baş İdarəsindən verilən məlumata görə, hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb olunub.

Məlumata görə, yanğının yayılması dayandırılıb, lakin yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.

Partlayış zamanı, ilkin məlumata görə, azı 24 nəfər həlak olub. 

İstintaq tərəfindən partlayışın və yanğının səbəbləri, həmçinin dəymiş ziyanın həcmi müəyyən ediləcək.