MBH üzvü Tural Vəliyevə hökm oxundu: 4 il 3 ay

Daha bir MBH ailəsinin üzvünə hökm oxunub. Fevralın 5-də hərəkat üzvü, Tural Vəliyevin məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Tural Vəliyev barəsində CM-nin 234.4.3 (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb. Hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan iclasda hakim şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. Məhkəmə, şahid ifadələrini itiham aktına müvafiq bilərək inanclı Tural Vəliyevi 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Tural Vəliyev 2023-cü ilin 8 aprel tarixində saxlanılıb. O, şiə inanclılarının kütləvi şəkildə narkotik ittihamı ilə şərlənərək həbs edilməsi çərçivəsində tutulub. İstintaq dövründən məhkəmədə saxta şahidlərin iştirak etdiyi dövrə qədər Tural Vəliyev bütün ittihamları qurama adlandırıb və həbsinin ölkədə geniş miqyaslı təmizləmə siyasəti ilə əlaqəli olduğunu söyləyib.
Hələ də davam edən həbslər, sayları mini ötdüyü deyilən inanclıları təmizlənmə siyasəti olaraq gerçəkləşdirilir. Bu sırada ruhanilər də yetərincə saya malikdir.