MBH ailəsinin daha bir üzvü, Elşən Rəhimova hökm oxunub

Fevralın 2-də Müsəlman Birliyi Hərəkatının daha bir üzvü, Elşən Rəhimovun məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Elşən Rəhimov CM-nin 234.4.3 (küllü miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham olunub. Son söz alan dövlət ittihamçısı müttəhimin 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Lakin hakim ittihama uyğun dəlil sübutların olmaması səbəbindən maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edib. Məhkəmə son qərar olaraq Elşən Rəhimovu 234.1-1-ci maddə ilə müqəssir bilərək, onu 3 il müddətinə azadlıqdan məhrum edib. 

Xatırladaq ki, Elşən Rəhimov şiə inanclılarının kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi çərçivəsində 2023-cü ilin 30 yanvar tarixində saxlanılıb. O, ölkədə sayı mini ötən böyük reperesiya dalğasında saxlanılan inanclılardan biridir.
Təəssüf ki, həbslər hələ də davam etməkdədir.