"Lukoyl"un şirkətlərindən biri Bakıdakı nümayəndəliyini bağladı

Rusiyanın “Lukoyl” şirkətinin törəmə şirkəti olan “Lukoyl Abşeron Exploration” şirkəti bir gün əvvəl Bakıdakı nümayəndəliyinin bağlandığını elan edib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, rəsmi səbəb göstərilməsə də, ekspertlər hadisəni “LUKOIL” şirkətinin “Abşeron” qaz-kondensat yatağı layihəsində pay almaması ilə əlaqələndirirlər.