Əli Kərimli:"Avropa Parlamentinin başını qaz satışı ilə aldatmaq mümkün olmadı"

Düzdür, Avropa Parlamenti də etiraf etdi ki, Azərbaycandan qaz almaq hazırda Avropa üçün çox vacibdir. Ancaq açıq dedilər ki, Azərbaycanın qazına ehtiyacımız var deyə, bu ölkədə insan hüquqlarının sistemli şəkildə pozulmasına göz yummayacayıq.
Beləliklə, Avropa Parlamenti Azərbaycanla bağlı tələb edir:
- Bütün siyasi məhbuslar azad edilməlidir;
- Sərbəst toplaşma azadlığı təmin edilməlidir;
- Müxalif siyasi partiyaların fəaliyyətini daha da məhdudlaşdırmaq məqsədilə qəbul edilmiş "Siyasi partiyalar haqqında" mürtəce qanun dəyişdirilməlidir;
- Mətbuat azadlığını daha da məhdudlaşdırmaq məqsədilə qəbul edilmiş "Media haqqında" mürtəce qanun dəyişdirilməlidir, söz və ifadə azadlığı təmin edilməlidir;
- Ölkədə məhkəmə islahatı aparılmalı, məhkəmələr siyasi sifariş yerinə yetirməməlidir;
- Korrupsiya ilə ciddi mübarizə aparılmalıdır;
- Ölkədə beynəlxalq standartlara uyğun demokratik seçki keçirilməlidir;
- Azərbaycanda insan hüquqlarını pozan vəzifəli şəxslərə qarşı ünvanlı sanksiyalar tətbiq edilməlidir.