KİV: Türkiyə-Naxçıvan sərhədi açılıb

Türkiyə-Naxçıvan sərhədindəki “Dilucu” buraxılış məntəqəsi açılıb.

Operativtv.com Toplum TV-yə istinadən bu barədə məlumat yayıb. 

Qeyd olunub ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğu faktı təsdiqləyib.

Konsulluğun nümayəndəsi Dursun Gülün sözlərinə görə, Naxçıvan qeydiyyatında olan şəxslər ayda 2 dəfə olmaqla öz avtomobilləri ilə gömrüyü keçə bilərlər.

Xatırlatma

Azərbaycan 2020-ci ilin martında Covid-19 virusu yayılarkən pandemiyanın qarşısının alınması məqsədilə ölkə sərhədlərini gediş-gəliş üçün bağlamışdı. 

Pandemiya davam edən zaman Azərbaycan hökuməti Naxçıvan üzərindən sərhədin açılmasına qərar vermiş, lakin bir müddət sonra sərhəd yenidən bağlanmışdı. 

Hazırda Türkiyə istisna olmaqla, Azərbaycanın digər qonşu ölkələrlə quru sərhədləri bağlıdır.