İsraildə girovların qaytarılmasına dair çağırışlar fonunda qəzəb artır, siyasi bölgülər dərinləşir

HƏMAS militantları tərəfindən Qəzzada saxlanılan girovların qohumları şənbə günü İsrail baş naziri Benyamin Netanyahunun evinin önündə etiraz keçirərək, onun hökumətindən sevdikləri şəxslərin sərbəst buraxılmalarını təmin etmək üçün qətiyyətli addımlar atmasını tələb edib. Bu arada isə İsrail kabineti daxilində müharibənin istiqaməti ilə bağlı fikir ayrılıqları artır.

Girovların ailələrini təmsil edən qrupun üzvləri deyib ki, onlar “105 gün boyunca yalvarıblar” və indi hökumətdən liderlik nümayiş etdirməsini və girovları azad etmək üçün cəsarətli addımlar atmasını tələb edirlər.

İsrailin müharibə kabiteninin üzvü, ordunun keçmiş başçısı Qadi Eisenkot deyib ki, onların sərbəst buraxılmasını təmin etməyin yeganə yolu atəşkəsdir. Bu, İsrailin HƏMAS militantlarını məhv edilənə qədər İsrailin müharibəsini dayandırmamaq üçün hazırkı strategiyasının tənqidini nəzərdə tutan şərhdir.

Baş naziri evinin önündəki etiraz və Eisenkotun şərhləri İsraildə artıq dördüncü aydır davam edən müharibənin istiqaməti ilə bağlı ziddiyətin artdığına dair işarələrdəndir.

İsrail rəhbərliyi ziddiyyətli təzyiqlərlə üzləşir. HƏMAS-a qarşı müharibəni gücləndirməklə sağçı hakim koalisiyasının üzvlərini sakitləşdirmək üçün təzyiqlə üzləşən Netanyahu həmçinin müttəfiqi ABŞ-ın və hərbi fəaliyyətin artmasının girovları daha da təhlükə altına altdığından qorxan girov ailələrinin təmkinli olmağa çağırışlarının öhdəsindən gəlməlidir.

İsrail lideri HƏMAS-a qarşı “tam qələbə” üçün çalışacağını bildirib, lakin buna necə nail olacağını açıqlamayıb.

Tənqidçilər onu Qəzza üçün müharibədən sonrakı mənzərə ilə bağlı kabinet səviyyəsində müzakirələrin qarşısını almaqda günahlandırıblar. Onlar deyir ki, Netanyahu koalisiya daxilində münaqişənin qarşısını almaq üçün bunu ləngidir.

ABŞ Prezidenti Co Bayden cümə günü Netanyahu ilə müstəqil Fələstin dövlətinin yaradılması üçün mümkün həll yolları haqqında danışdığını bildirib və bir həll yolunna hərbiləşdirilməmiş hökumətinin daxil edilə biləcəyinə işarə edib.

“Baş nazir Netanyahu Prezident Baydenlə söhbətində HƏMAS məhv ediləndən sonra Qəzzanın İsrail üçün bir daha təhlükə yaratmayacağından əmin olmaq üçün Qəzzada təhlükəsizlik nəzarətini İsrailin saxlamalı olduğuna dair siyasətini təkrarlayıb ki, bu da fələstinlilərin suverenlik tələbinə ziddir,” baş nazirin ofisinin bəyanatında deyilir.

Netanyahu Fələstin dövlətçiliyini açıq və birbaşa şəkildə rədd etməyib. Ancaq o cümə axşamı deyib ki,yaxın gələcəkdə əldə olunacaq istənilən razılaşmada, “Razılıq olsa da, olmasa da İsrail İordan çayının qərbindəki bütün ərazi üzərində təhlükəsizlik nəzarətinə malik olmalıdır. Bu, zəruri şərtdir. Bu, suverenlik prinsipi ilə ziddiyyət təşkil edir, amma nə etmək olar.”

 

Amerikanın Səsi