İsrail Yunanıstanla əhəmiyyətli qaz müqaviləsi imzaladığını bildirib

İsrailin xarici işlər naziri Eli Koen bu gün, çərşənbə bildirib ki, o, yunan həmkarı Nikos Dendias ilə görüş zamanı İsrail qazının Yunanıstan və Kipr vasitəsilə Avropaya ixracına razılaşıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Eli Koen bunu tvitter səhifəsində yazıb.

"Biz dünən Yunanıstanın xarici işlər naziri Nikos Dandias ilə görüş zamanı İsrail qazının Yunanıstan və Kipr vasitəsilə ixracı barədə razılığa gəldik ki, bu da bütün Avropaya çatacaq", deyə o əlavə edib.

İsrailli nazir yazıb: "Qlobal enerji böhranı fonunda bizim beynəlxalq mövqeyimiz güclənəcək və müqavilə İsrailə çoxlu pul gətirəcək".