İsrail məhsullarını boykot ABŞ-ı da vurdu

 İsrailin Fələstinə hücumlarına qarşı İslam dünyasında başladılan boykot kampaniyasından ABŞ şirkətləri də böyük zərər gördü.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İşğalçı İsrail rejiminin Qəzzaya hücumlarına qarşı başlatdığı boykot kampaniyası bütün dünyada rezonans doğurub.

İsraili dəstəkləyən brendlər arasında qida, geyim, kosmetika, elektronika, avtomobil, idman və əyləncə kimi bir çox sektordan olan qlobal şirkətlər var.

İsrailə qarşı boykot kampaniyasının iştirakçıları İsrailə məxsus və ya İsrailə dəstək verən markaların məhsullarını almayaraq, İsrail iqtisadiyyatına zərər vurmağı hədəfləyirlər.

İsrailə qarşı boykot kampaniyasının İsrail iqtisadiyyatına və markalarına ciddi zərbə vurduğu bildirilir.

ABŞ-ın tanınmış media orqanlarından biri olan Bloomberg Qəzza müharibəsi zamanı İsrailə qarşı boykotların Yaxın Şərqdəki ABŞ şirkətlərinə mənfi təsir göstərdiyini yazıb.

ABŞ mərkəzli maliyyə analiz firması CFRA-dan Garrett Nelson, 4-cü rübdə Coca-Cola-nın Türkiyə distribyutorunun satışlarında yüzdə 22 azalma olduğuna diqqət çəkərək, bunun "həyəcan zənglərinin çaldığını göstərir" dedi.

ABŞ-ın KFC, Pizza Hut, Krispy Kreme və Hardee's kimi şirkətlərinin Yaxın Şərqdə distribütoru olan Americana Restaurants International-ın Səudiyyə Ərəbistanı birjalarındakı səhmləri də müharibədən sonra 27 faiz ucuzlaşıb.

Bloomberg, İordaniya və Küveytdəki Starbucks və McDonald's restoranlarının da boş qaldığını bildirdi. Küveytdə yerləşən Astrolabe qəhvə şirkəti Starbucks ilə rəqabətdə satışlarının 30 faiz artdığını bildirdi.