İslamafobiyaya qarşı mübarizə konfransı keçirilən ölkənin növbəti islamçı qurbanı

Azərbaycanın ev sahibliyi etdiyi İslamafobiya əleyhinə konfransın yeni bitdiyi bir zamanda ölkədə inanclılara qarşı həbs dalğası hələ də davam edir. Cəsus kanalı “Moizə”nin don geyindirməyə çalışdığı islamafob təmizləmələri hansı prizmadan göstərmə cəhdləri isə onun əsil mahiyyətini əsla dəyişmir. Durmadan dini diskriminasiya, əqidə hədəfə alınaraq davamçılaq təqib və təhdid altındadır.

Ötən gün (15 mart) sizə MBH üzvü Tərlan Sayadovun evinin önündə saxlanılması haqqında məlumat vermişdik. Suvaqçı olaraq fəhlə çalışan Tərlan səhər ailəsinin təminatı üçün iş arxasınca getməsi, onu pusquda duran polislərin toruna salıb. Həmişəki kimi “Moizə” kanalı yenə inanclıları İrana cəsusluqda ittiham etmək kimi böhtan dolu addımla Tərlanın da güya İranla bağlı saxlanıldığını yazıb.

Martın 16-da Sabunçu Rayon məhkəməsində hakim önünə çıxarılan Tərlan Sayadov artıq “rəsmi” hal alan inanclıların narkotiklərlə bağlı cinayət işi ilə, şübhəli bilinərək barəsində  234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı)  maddə ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Tərlan Sayadov 1 saylı Kürdəxana Təcridxanasına göndərilib.

Yəqin ki, “külli miqdarda” narkotik vasitələlə bağlı yüzlərcə fəhlə, suvaqçı, bənna və dülgər də daxil ölkədə inanclılar islamafob qurbanı olmaqda davam edərkən bunun günümüzdə “İran cəsusu” kimi absurd ittihamlara inanan çox az insan qalar. Qalıbsa da, bir daha səhər fəhləliyə gedən Tərlan Sayadova niyə “cəsus” ittihamı vurulduğu halda haqqında açılan cinayət maddəsinin narkotiklərlə bağlı olmasını öz vicdanında sorğulasın. Hələ onun suvaqçı olaraq fəhləlik etməsi özü belə bu məsələni ifşa edir.