İraqın şimalında Türkiyə hərbçilərinin olduğu qərargah raket hücumuna məruz qalıb

 İraqın Nineva əyalətində yerləşən Zlikan hərbi bazasına azı səkkiz raket atılıb.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İraqın şimalında Kürdüstan Regional Hökumətinin Terrorla mübarizə idarəsi məlumat yayıb.

Məlumata görə, Türkiyə Ordusu hərbçilərinin olduğu Zlikan hərbi bazasına azı səkkiz raket atılıb.

Bu hücumda xəsarət alan olmayıb. Lakin bəzi cüzi maddi xəsarətlər qeydə alınıb.

İraq mətbuatının məlumatına görə, Türkiyə hərbi qüvvələri bu hücumun separatçı kürd birləşmələri tərəfindən həyata keçirildiyi qənaətindədirlər.