İraq 2024-cü ildə neft məhsullarının idxalını tamamilə dayandıracaq

İraq 2024-cü ildə ölkəyə neft məhsullarının idxalını tamamilə dayandırmağı planlaşdırır.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İraq Neft Nazirliyinin rəsmi nümayəndəsi Assem Cihad bildirib.
"2024-cü ildə İraq daha çox yerli istehsala arxalanacaq və bir sıra neft emalı zavodları istehsala başladıqdan sonra neft məhsullarının idxalı tamamilə dayanana qədər onların səviyyəsində azalma olacaq", - deyə rəsmi bildirib.
İraq yerli bazar çatışmazlığını doldurmaq üçün bəzi neft məhsulları, o cümlədən təkmilləşdirilmiş benzin idxal edir.